D vitamini çatışmazlığının diaqnozu necə qoyulur?

D vitaminin çatışmazlığı qanda D vitamini səviyyəsinin ölçülməsi ilə qoyulur. Daha çox optimal sayılan 25 oksihidroksi vitamin D-nin analizi ilə biz qanda vitamin D-nin hansı səviyyədə olduğunu bilə bilirik. Optimal olaraq vitamin D-nin qanda səviyyəsi  30-88 ng/mL olaraq qəbul olunmaqdadır. Təxminən poliklinikada müraciət edən xəstələrin demək olar ki, hamısında vitamin D-in səviyyəsi aşağıdır. Daxil olan xəstələrin əksəriyyətinə vitamin D yazılmaqdadır. Çünki söylədiyimiz kimi, dünya vitamin D pandemiyasındadır, yetərli, günəşlə bağlı olaraq hər kəsə vitamin D aşağıdır. Bizim istədiyimiz rəqəm insanlarda 30 ng/mL üzərində vitamin D səviyyəsini qoruyub saxlamaqdır. 20 -30 ng/mL arası yetərsizlik, 20 ng/mL-dən aşağı əskiklik, 10 ng/mL-dən aşağı ciddi əskiklik, əgər 4 ng/mL-dən aşağıdırsa, bu çox ciddi, ağır vitamin D çatışmazlığı deməkdir. Bunun diaqnozun qoyulmağı təbii ki, yaşa bağlı olaraq uşaqlarda hamiləlik zamanı, fərqli durumlarda müxtəlif cür yorumlana bilər. Təbii ki, diaqnozun verilməsi qanda vitaminin D-nin təyini ilə olur. Analizin verilməsi yaxşı olar ki, sabah saatları, ac olaraq verilsin və bu diaqnozun qoyulması birbaşa, daha yaxşı olar ki, həkim-endokrinoloq tərəfindən edilsin. Vitamin D-nin səviyyəsinin 150 ng/mL və yüksək olması isə vitamin D zəhərlənməsi və intoksikasiyası anlamına gəlir. Bu adətən, xəstələrin özbaşına vitamin D preparatlarının qəbulu ilə əlaqədar olan hallarda baş verir.

Digər məqalələr

© 2024 · Vitamind.az · Layihə Dr.Hidayət Məmmədzadə üçün BERC Creative komandası tərəfindən yaradılıb.