Vitamin D preparatlarının nəzarətsiz qəbulu çox ciddi fəsadlara yol aça bilər. Bunların ən birincisi vitamin D intoksikasiyasıdır. Dərman və zəhər arasında bir fərq dozadır. Dozanı keçmiş, nəzarətsiz, həkim təyinatı olmadan, müxtəlif dozalarda qəbul olunan vitamin D artıqlığı xəstələrdə ürəkbulanma, ishal, susuzluq, hətta komaya qədər aparıb çıxara bilər. Ona görə vitamin D deyib keçməyək. Bu bir hormondur və mütləq şəkildə yetərsizlik varsa uyğun dozlarda, həkim nəzarəti altında qəbul olunmalıdır. Bunlara diqqət edək.