D vitamini çatışmazlığı hansı fəsadlara yol açır?

D vitamini əslində bir hormondur.Bu, günəş şüalarının təsirindən dəridə yaranan önəmli hormonumuz olub, maddələr mübadiləsində çox əhəmiyyətli rollara sahibdir.

D vitamini əslində bir hormondur.Bu, günəş şüalarının təsirindən dəridə yaranan önəmli hormonumuz olub, maddələr mübadiləsində çox əhəmiyyətli rollara sahibdir. D vitaminin çatışmazlığı uşaqlarda bilinən raxit xəstəliyi, böyüklərdə isə osteomalyasiya deyilən xəstəliyə yol açmaqdadır. Bundan başqa, D vitaminin yetərsizliyi təxminən  10-dan çox halsızlıq, yorğunluq, tərləmə, əzələ ağrıları, saç tökülməsi, yuxu pozğunluğu və s. kimi şikayətlərə yol açır. D vitaminin normadan aşağı olan insanlarda bu şikayətlərin olmağı, qeyd olunduğu üçün bəlli normativlərin üzərinə çıxmaq tövsiyə olunur. Amma ən gözəl vitamin D-nin bərpası üçün orqanizm davamlı ehtiyac olduğu üçün günəşlənmə-açıq havada günəşlənmə çox vacibdir. Burada imkanı ehtiyacı olan və vaxt imkanı, şəraiti olmayan insanlarda isə əvəzedici hormonal terapiya (digər xəstəlikləri etdiyimiz kimi) vitamin D-nin davamlı qəbulu vacibdir. Vitamin D ən önəmli osteoporozun yaranmasında major risk faktoru olub osteoporozlu xəstələrimizə davamlı və ömürlük təyin etdiyimiz bir müalicə olaraq qeyd edə bilərik.

Dr. Hidayət Məmmədzadə

Dr. Hidayət Məmmədzadə

Baku Medical Plaza klinikası, Endokrinologiya şöbəsinin müdiri.

Dr. Hidayət Məmmədzadə — Baku Medical Plaza klinikasının Endokrinologiya şöbəsinin müdiri. 1998-ci ildən həkimdir; endokrinologiya, diabetologiya və pediatrik endokrinologiya üzrə ixtisaslaşıb.

Həkim haqqında ətraflı

Oxumağa davam edin

Bu mövzuda başqa yazılar

Vitamin D

Həddən artıq D vitamini qəbulu hansı fəsadlara yol açır?

Vitamin D preparatlarının nəzarətsiz qəbulu çox ciddi fəsadlara yol aça bilər. Bunların ən birincisi vitamin D intoksikasiyasıdır. Dərman və zəhər arasında bir…

Oxu
Vitamin D

D vitamini necə qəbul edilməlidir?

D Vitamini necə qəbul edilməlidir? D vitamini yağda həll olunan və orqanizmin müxtəlif həyati funksiyalarında mühüm rol oynayan vitamindir. Onun düzgün qəbulu…

Oxu
Vitamin D

D vitamini çatışmazlığının diaqnozu necə qoyulur?

D vitaminin çatışmazlığı qanda D vitamini səviyyəsinin ölçülməsi ilə qoyulur. Daha çox optimal sayılan 25 oksihidroksi vitamin D-nin analizi ilə biz qanda…

Oxu