D vitamini çatışmazlığının diaqnozu necə qoyulur?

D vitaminin çatışmazlığı qanda D vitamini səviyyəsinin ölçülməsi ilə qoyulur.

D vitaminin çatışmazlığı qanda D vitamini səviyyəsinin ölçülməsi ilə qoyulur. Daha çox optimal sayılan 25 oksihidroksi vitamin D-nin analizi ilə biz qanda vitamin D-nin hansı səviyyədə olduğunu bilə bilirik. Optimal olaraq vitamin D-in qanda səviyyəsi  30-88 nq/mL olaraq qəbul olunmaqdadır. Təxminən poliklinikada müraciət edən xəstələrin demək olar ki, hamısında vitamin D-in səviyyəsi aşağıdır. Daxil olan xəstələrin əksəriyyətinə vitamin D yazılmaqdadır. Çünki söylədiyimiz kimi, dünya vitamin D pandemiyasındadır, yetərli, günəşlə bağlı olaraq hər kəsə vitamin D aşağıdır. Bizim istədiyimiz rəqəm insanlarda 30 nq/mL üzərində vitamin D səviyyəsini qoruyub saxlamaqdır. 20 -30 nq/mL arası yetərsizlik, 20 nq/mL-dən aşağı əskiklik, 10 nq/mL-dən aşağı ciddi əskiklik, əgər 4 nq/mL-dən aşağıdırsa, bu çox ciddi, ağır vitamin D çatışmazlığı deməkdir. Bunun diaqnozun qoyulmağı təbii ki, yaşa bağlı olaraq uşaqlarda hamiləlik zamanı, fərqli durumlarda müxtəlif cür yorumlana bilər. Təbii ki, diaqnozun verilməsi qanda vitaminin D-in təyini ilə olur. Analizin verilməsi yaxşı olar ki, sabah saatları, ac olaraq verilsin və bu diaqnozun qoyulması birbaşa, daha yaxşı olar ki, həkim-endokrinoloq tərəfindən edilsin. Vitamin D-nin səviyyəsinin 150 nq/mL və yüksək olması isə vitamin D zəhərlənməsi və intoksikasiyası anlamına gəlir. Bu adətən, xəstələrin özbaşına vitamin D preparatlarının qəbulu ilə əlaqədar olan hallarda baş verir.

 

Dr. Hidayət Məmmədzadə

Dr. Hidayət Məmmədzadə

Baku Medical Plaza klinikası, Endokrinologiya şöbəsinin müdiri.

Dr. Hidayət Məmmədzadə — Baku Medical Plaza klinikasının Endokrinologiya şöbəsinin müdiri. 1998-ci ildən həkimdir; endokrinologiya, diabetologiya və pediatrik endokrinologiya üzrə ixtisaslaşıb.

Həkim haqqında ətraflı

Oxumağa davam edin

Bu mövzuda başqa yazılar

Vitamin D

Həddən artıq D vitamini qəbulu hansı fəsadlara yol açır?

Vitamin D preparatlarının nəzarətsiz qəbulu çox ciddi fəsadlara yol aça bilər. Bunların ən birincisi vitamin D intoksikasiyasıdır. Dərman və zəhər arasında bir…

Oxu
Vitamin D

D vitamini necə qəbul edilməlidir?

D Vitamini necə qəbul edilməlidir? D vitamini yağda həll olunan və orqanizmin müxtəlif həyati funksiyalarında mühüm rol oynayan vitamindir. Onun düzgün qəbulu…

Oxu
Vitamin D

D vitamini çatışmazlığı hansı fəsadlara yol açır?

D vitamini əslində bir hormondur.Bu, günəş şüalarının təsirindən dəridə yaranan önəmli hormonumuz olub, maddələr mübadiləsində çox əhəmiyyətli rollara…

Oxu