Şəkərli diabetin müalicəsində bir-birinə bağlı üç ana sütun vardır

Pəhriz müalicəsi. Həyatda şəkər xəstəliyi qədər pəhrizlə sıx bağlı olan ikinci bir xəstəlik yoxdur. Bu baxımdan şəkər xəstələrinin pəhriz saxlaması əsas şərtdir.

İdman müalicəsi. Fiziki fəallıq insulinin təsirini gücləndirir, yağ toxumasını azaldır, periferik toxumaların insulinə həssaslığını artırır, qan təzyiqi və qanın yağlılığı normallaşdırır, beləcə dərmana olan təlabat azalır və pasiyentlərin əhvalı yaxşıya doğru dəyişir, özünə inam hissi yüksəlir.

Dərman müalicəsi. Buraya insulin inyeksiyaları və ya hər bir xəstə üçün individual olaraq təyin edilən həblər daxildir. 1-ci tip diabet diaqnozu qoyulmuş pasiyentlər dərman müalicəsi qismində insulindən istifadə etmək məcburiyyətindədirlər. Bu xəstələrdə vəziyyətinin ağırlığından asılı olaraq gündə 3-4 dəfə insulin inyeksiyasına ehtiyac yarana bilər. Müasir tibbi praktikada istifadəsi rahat olan insulin qələmlərinə üstünlük verilir. 2-ci tip diabet diaqnozu qoyulmuş pasiyentlər isə qanda şəkər səviyyəsini aşağı salmaq üçün həblərdən daha çox fayda görürlər. Ancaq bu cür xəstələrin də yeri gəldikcə insulin inyeksiyası ilə müalicə edilməsi tövsiyə edilə bilər. Olikohemoqlobin (HbA1C) göstəricisi optimal qlisemik nəzarətin qızıl standartıdır. Hər 3 aydan bir göstərişə uyğun olaraq bu göstəricinin yoxlanması və digər testlərin (tiroid, qaraciyər, böyrək funksional testləri, lipid profili, sutkalıq sidikdə mikroalbuminuriya testi və s.) verilməsi məsləhət görülür. Hər 6 aydan bir isə diabet diaqnozu qoyulmuş pasiyentlər kardioloji və göz müayinələrindən keçməlidirlər. Diabeti həyat tərzi olaraq qəbul edən, vaxtında yoxlamalardan keçən xəstələr çox sağlam və aktiv həyat sürə bilərlər. Diabetlə əlaqədar ortaya çıxan ağırlaşmalara ən çox qan şəkərinin miqdarına yaxşı nəzarət olunmayan xəstələrdə rast gəlinir. Bu arzuolunmaz vəziyyətlərin profilaktikası erkən diaqnoz və adekvat müalicə metodları vasitəsi ilə mümkündür.

Dr. Hidayət Məmmədzadə

Dr. Hidayət Məmmədzadə

Baku Medical Plaza klinikası, Endokrinologiya şöbəsinin müdiri.

Dr. Hidayət Məmmədzadə — Baku Medical Plaza klinikasının Endokrinologiya şöbəsinin müdiri. 1998-ci ildən həkimdir; endokrinologiya, diabetologiya və pediatrik endokrinologiya üzrə ixtisaslaşıb.

Həkim haqqında ətraflı

Oxumağa davam edin

Bu mövzuda başqa yazılar

Vitamin D

Həddən artıq D vitamini qəbulu hansı fəsadlara yol açır?

Vitamin D preparatlarının nəzarətsiz qəbulu çox ciddi fəsadlara yol aça bilər. Bunların ən birincisi vitamin D intoksikasiyasıdır. Dərman və zəhər arasında bir…

Oxu
Vitamin D

D vitamini necə qəbul edilməlidir?

D Vitamini necə qəbul edilməlidir? D vitamini yağda həll olunan və orqanizmin müxtəlif həyati funksiyalarında mühüm rol oynayan vitamindir. Onun düzgün qəbulu…

Oxu
Vitamin D

D vitamini çatışmazlığının diaqnozu necə qoyulur?

D vitaminin çatışmazlığı qanda D vitamini səviyyəsinin ölçülməsi ilə qoyulur. Daha çox optimal sayılan 25 oksihidroksi vitamin D-nin analizi ilə biz qanda…

Oxu