Retina: Gözümüzün arxa hissəsində olub kapilyarlar və damarların görünə biləcəyi yeganə nahiyədir və diabetin ən çox zədələdiyi bölgədir. İşığa həssas, damar və sinirlə zəngin ağ bir təbəqədir.
Vitreus: Gözün arxasında yerləşən, onun əsas kütləsini təşkil edən jele konsistensiyasına malik maddədir.
Göz linzası: Gözün ön tərəfində yerləşir. Funksiyası işığı retinaya ötürməkdir.
Optik sinir: Gözlə beyin arasındakı əlaqəni tənzimləyən ən vacib elementdir.


