Şəkərli diabetdə ayaqlarda yara olduqda nə etməliyəm?

Bütün tədbirlərə baxmayaraq ayaqlarınızda yaralar yenə də ola bilər. Vacib olan bu yaraların əmələ gəlməsinin qarşısını almaqdır.

Ayağınızda əmələ gələ bilən yaralar aşağıdakılardır:

  • – Bişməcələr və yaralar;
  • – Təzyiq yaraları (dar ayaqqabılar səbəbindən);
  • – Dırnaq batması;
  • – Dəridə çatlar və.s.

Əvvəlcə bu yaraları əmələ gətirən səbəblər aradan qaldırılmalıdır. Ayağınızdakı kiçik yaraları su ilə yuyun, qurudun və təmiz tənziflə bağlayın, ifrazatla çirklənən tənzifi tez-tez dəyişdirin. Dərinizi zədələyə bildiyi üçün plastrlardən istifadə etməyin. Yaralarınız gec sağalırsa, mütləq həkiminizə müraciət edin.

Şəkərli diabetdə hansı əlamətlər ayaqda infeksiya olduğunu göstərir?

  • – Ayaq dəriniz normadan istidirsə;
  • – Ayağınızda qızartı varsa;
  • – Ayağınızda ağrı hiss edirsinizsə;
  • – Ayağınızda şişkinlik varsa.

Dəri temperaturunun artması, ayaqda qızartılar və qızarmış nahiyənin şişməsi infeksiyanın ilk əlamətləridir. İnfeksiya zamanı mütləq həkiminizə müraciət edin, çünki onun tez müalicə edilməsi vacibdir.

Ayaq barmaqlarınızı sıxan ayaqqabılar geyməyin. Bu vəziyyət ayaq dərisi və dırnaqlarda göbələk infeksiyalarına, dırnaq batmasına, dəridə kəpəklənməyə və döyənək problemlərinə səbəb ola bilər. Ayaqyalın gəzməyin. Ayağınızı qorumaq üçün corab geyinin, lazım gələrsə, dabanlıq kimi qoruyucu vasitələrdən istifadə edin.

Şəkərli diabetdə ayağa gündəlik qulluq qaydaları

Əllərinizi yuduğunuz kimi ayaqlarınızı da hər gün yuyun. Yuyunduqdan sonra ayaqlarınızın yaş qalmadığına, barmaq aralarınızın yaxşı qurulandığına diqqət edin. Nəmlik dəridəki təbii yağları xaric edir və çatların əmələ gəlməsinə səbəb olur. Bundan başqa nəm mühitdə göbələk infeksiyaları əmələ gələ bilər.

Ayaq dərinizi nəmləndirici kremlə yumşaq saxlayın. Əgər ayaqlarınız çox tərləyirsə, ayaq kirşanı istifadə edin. Ayaqqabı Döyənək yaranmasının qarşısını almaq üçün ayaaqqabının ayağınıza “tam oturduğuna” diqqət edin

Ayaq dırnaqlarınız mümkündürsə düz kəsilməlidir. Yuyunduqdan sonra dırnaqlar yumşaq olarkən kəsmək tövdiyə edilir. Dırnaqlarınızı dərin kəsməkdən qaçın. Gözəllik salonlarında ümumi alətlərlə pedikür etdirərkən steril olduğuna əmin olun.

Dr. Hidayət Məmmədzadə

Dr. Hidayət Məmmədzadə

Baku Medical Plaza klinikası, Endokrinologiya şöbəsinin müdiri.

Dr. Hidayət Məmmədzadə — Baku Medical Plaza klinikasının Endokrinologiya şöbəsinin müdiri. 1998-ci ildən həkimdir; endokrinologiya, diabetologiya və pediatrik endokrinologiya üzrə ixtisaslaşıb.

Həkim haqqında ətraflı

Oxumağa davam edin

Bu mövzuda başqa yazılar

Vitamin D

Həddən artıq D vitamini qəbulu hansı fəsadlara yol açır?

Vitamin D preparatlarının nəzarətsiz qəbulu çox ciddi fəsadlara yol aça bilər. Bunların ən birincisi vitamin D intoksikasiyasıdır. Dərman və zəhər arasında bir…

Oxu
Vitamin D

D vitamini necə qəbul edilməlidir?

D Vitamini necə qəbul edilməlidir? D vitamini yağda həll olunan və orqanizmin müxtəlif həyati funksiyalarında mühüm rol oynayan vitamindir. Onun düzgün qəbulu…

Oxu
Vitamin D

D vitamini çatışmazlığının diaqnozu necə qoyulur?

D vitaminin çatışmazlığı qanda D vitamini səviyyəsinin ölçülməsi ilə qoyulur. Daha çox optimal sayılan 25 oksihidroksi vitamin D-nin analizi ilə biz qanda…

Oxu