Uşaqlarda aşkar edilən qalxanabənzər vəzi düyünlərinin onkoloji riski daha yüksəkdir. Bu baxımdan son dərəcə diqqətli olmaq lazımdır; uşaqda hormon tarazlığı pozulmadan və inkişafdan qalma başlamadan doğru müalicənin seçilməsi həkimdən daha çox diqqət, eyni zamanda, məsuliyyət tələb edir. Bütün dünyada yeni doğulmuş körpələrdə daban qanından neonatal skrininq testləri edilir.

Bu zaman dabandan alınan qan nümunəsində “TSH” analizi etməklə anadangəlmə qalxanabənzər vəzi patologiyasına aid dəyişikliyi aşkara çıxarmaq lazımdır. Əgər topuq qanından aparılan hormonla müayinə vaxtında aparılmasa və xəstəlik gözdən qaçsa, daha böyük yaşlalarda bu uşaqlar artıq cəmiyyət üçün itiriləcək. Bu hal uşaqlarda boy problemləri, inkişafdan qalma və somatik xəstəliklərə yaxalanma ehtimalı yüksəldir. Ona görə də bütün yeni doğulmuş uşaqlarda topuq qanından qalxanabənzər vəzinin hormonal profilinə baxmaq çox vacibdir. Uşaqlarda yetişkənlik dövründə qalxanabənzər vəzinin müxtəlif xəstəliklərinə rast gəlinir.
Bu zaman şikayətlər böyüklərdə rast gəlinən şikayətlərə bənzər olur. Amma müalicəsi müəyyən xüsusiyyətlərinə görə böyüklərdən fərqlidir. Ona görə uşağın böyümə prosesində boyun nahiyəsində şişkinlik, ürək ritminin pozulması, halsızlıq, bəzən qız uşaqlarında menusturasiya gecikməsi kimi problemlər yaşanarsa və yaxud qohumlarında qalxanabənzər vəzinin genetik problemi olan xəstələr mütləq uşaqlarını da yoxlatdırmalıdırlar. Qan testləri və ultrasonoqrafik müayinələrin aparılması belə uşaqların erkən diaqnostikası üçün çox vacibdir.

